"Neftçi"dən 10 transfer

İDMAN 11 iyun 2025, 15:08
"Neftçi" qarşıdakı gün və həftələrdə minimum 10 yeni transfer edəcək.

Demokrat.az
xəbər verir ki, bu barədə paytaxt klubundan spotinfo.az-a məlumat verilib.

Bildirilib ki, Samir Abasovun rəhbərliyə təqdim etdiyi siyahı əsasında gərgin iş gedir. Baş məşqçinin xidmətinə gərək duyduğu oyunçuların əksəriyyəti legionerlərdir.

Yönətim onlarla artıq bir müddətdir əlaqə qurub və danışıqları hazırda da davam etdirirlər.

Qeyd olunub ki, Abasovun maraq dairəsinə düşən əcnəbilərin bir neçəsiylə ilkin razılıq əldə edilib. Sadəcə, klublarla müqavilələri bitmədiyindən, təzminat mövzusunda görüşmələr bir qədər vaxt alacaq.

Ardıcıl ikinci mövsüm avrokuboklardan kənarda qalan «Neftçi» bu yay hələlik 1 transfer edib. Kiprdən «Apollon»un yarımmüdafiəçisi Sessi D’Almeydanı öz rənglərinə bağlayıblar.

Gedənlərin siyahısı isə xeyli uzundur. Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer və Rafael Quzzo düşərgəni birdəfəlik tərk edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top