Avropa çempionatı: Azərbaycan güləşçiləri 3 medal qazandılar

İDMAN 10 iyun 2025, 23:09

Şimali Makedoniyanın paytaxtı Skopyedə 17 yaşadək idmançılar arasında güləş üzrə Avropa çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.

Qurban Məcnunov (48 kq) yunanıstanlı Nikolaos Zinisanı 4:1 hesabıyla məğlub edərək bürünc medal qazanıb.

Nicat Yeylaqaliyev (80 kq) isə isveçli Yens Abrahamssona tam üstünlüklə (10:0) qalib gələrək eyni uğuru təkrarlayıb.

Günün son qarşılaşmasında Rihad İbrahimli (110 kq) finalda bolqarıstanlı Denis Lazarovla üz-üzə gəlib. İlk hissəni minimal fərqlə öndə tamamlayan Sumqayıt güləş məktəbinin yetirməsi fasilədən sonra rəqibinə göz açmağa imkan verməyib. Həmyerlimiz "tuş"la qələbə qazanaraq Avropa çempionu olub.

Beləliklə, millimiz qitə birinciliyinə 1 qızıl və 2 bürünc medalla start verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyun 2025, 09:41
11 iyun 2025, 23:50
Top