Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirildi — FOTOLAR

İDMAN 11 iyun 2025, 21:20
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında iyunun 11-də dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı təşkil olunub.

Demokrat.az xəbər verir ki, yarışda Gənclər və İdman Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “Azərişıq” ASC, Xəzər Dəniz Gəmiçiliyi (ASCO), SOCAR, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin  əməkdaşları iştirak ediblər.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının binasının qarşısında (Bakı şəhəri, Dənizkənarı Bulvar, Əhəd Yaqubov küçəsi) mübarizə aparan iştirakçılar 1 və 2 nəfərlik kayak qayıqlarında şəxsi və komanda birinciliyi şəklində 200 metr məsafəyə mübarizə aparıblar.

Kişilər arasında birnəfərlik qayıqda Ehtibar Həsənov (SOCAR) birinci, Elxan Əsədov (FHN) ikinci, Özcan Kərimov (FHN) üçüncü yer tutub.

Qadınlar arasında birnəfərlik qayıqda Leyla Əliyeva (FHN) çempionluq sevinci yaşayıb. İlahə Çələbiyeva (GİN) gümüş, Mələkxanım Məmmədova (FHN) bürünc medala sahib olub.

Kişilərin ikinəfərlik qayıqda mübarizəsində Elşad Kərimov - Ehtibar Əsədov (SOCAR) cütü bütün rəqiblərini qabaqlayıb. Mikayıl Novruzov ilə Səid Məlikov (GİN) ikinci yerə layiq görülüb. Elxan Əsədov və Özcan Kərimov (FHN) yarışı üçüncü yerdə başa vurublar. 

Qarışıq cütlüklərdə Rüfət Əhmədov ilə Leyla Əliyeva (FHN) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Mixail Protasov və Janna Məmmədova (ASCO) ikinci olublar. Səid Məlikov – Rəna Əliyeva cütlüyü (GİN) üçüncü yer tutublar.

Qaliblər diplom və medalla mükafatlandırılıblar.







SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top