Hindistanda təyyarə qəzasının səbəbi ilə bağlı yeni versiya irəli sürüldü

DÜNYA 12 iyun 2025, 23:44

Hindistanda "Air India" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasına səbəb mühərrik nasazlığı ola bilər.

Oxu.Az bu barədə "News18" telekanalına istinadla xəbər verir.

Mənbə telekanala bildirib ki, hər iki mühərrik sıradan çıxanda pilot dispetçerlərə qəza siqnalı göndərib.

Eyni zamanda, mənbə yekun nəticə çıxarmaq üçün hələ tez olduğunu vurğulayıb.

Təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı araşdırmalar davam edir. Daha əvvəl təyyarənin qəzaya uğramasının mümkün səbəbləri arasında pilot xətası və ya quşlarla toqquşma göstərilib.

Qeyd edək ki, iyunun 12-də qəzaya uğramış təyyarənin göyərtəsində 242 nəfər olub, onlardan yalnız biri sağ qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top