Politoloq: "Kilsə Ermənistanı keçmişin ən qaranlıq siyasi dəhlizinə daşımaq istəyir"

DÜNYA 13 iyun 2025, 17:56
"Ermənistanda hakimiyyət və kilsə qarşıdurmasının əsl kökləri ilə bağlı fikirlərin meydana çıxması təbiidir. Bu fikirlər ən müxtəlif niyyətlərə bağlıdır. Müxalifətdəki dairələr qarşıdurmanın kökünü Azərbaycan və Türkiyədən gəlmiş sifariş kimi qələmə verirlər. Nə yaxşı ki, bu uydurma məsələyə izah elə Paşinyanın özü tərəfindən verildi. Paşinyan bildirdi ki, bu məsələdə Azərbaycanın əli yoxdur".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib. 

"Məsələ Ermənistan hakimiyyəti və kilsəsi arasındadır, ancaq hamı məsələyə öz siyasi maraqlarından yanaşır. Bu gün Ermənistanda siyasi məsələlərə təkcə hakimiyyət münasibət göstərmir. Kilsənin özü də siyasiləşmiş strukturdur və siyasi hakimiyyət uğrunda mübarizəyə başlayıb. Mübarizə əslində daxildə hakimiyyət uğrunda gedən mübarizədir. Parlament seçkilərində bu qarşıdurmanın izləri özünü göstərəcək. Kilsə bu gün siyasi hakimiyyətə qalib gəlmək gücünə sahib deyil. Paşinyanın kilsə ilə apardığı mübarizə onun siyasi imkanlarını məhdudlaşdırmaq məqsədini özündə ehtiva edir, həm də ölkədə Paşinyanın siyasi maraqlarına uyğun siyasi modelin yaradılmasına xidmət edir. Kilsə Ermənistanın qonşularla münasibətinə, sülh siyasətinə, ölkənin normal inkişafına maneə olan "qara" qüvvəyə çevrilib. Paşinyan kilsə ilə nisbətdə daha mütərəqqi qüvvədir. Kilsə Ermənistanı keçmişin ən qaranlıq siyasi dəhlizinə və konsepsiyasına daşımaq istəyir. Bu da Ermənistanın özü üçün də fəlakət vəd edir".


Qeyd edək ki, Paşinyan açıqlamasında bildirib ki, erməni Apostol Kilsəsini ikiüzlülərin və fariseylərin əsarətindən azad etmək prosesində bəziləri Türkiyə və ya Azərbaycan izini görməyə çalışırlar.



Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 iyun 2025, 10:30
14 iyun 2025, 10:18
Top