Dünya mətbuatı İsrailin İrana hücumuna belə reaksiya verib

DÜNYA 13 iyun 2025, 20:30
Amerika, Avropa və Yaxın Şərq mediası İsrailin İrana  endirdiyi zərbələrə və İranın cavab addımlarına dərhal reaksiya verib. 

Demokrat.az
xəbər verir ki, nəşrlər baş verənlərlə bağlı müxtəlif fikirlər səsləndiriblər.

Amerikanın “The New York Times” nəşri İsrailin hücumu riskini vurğulayıb. Çünki Tehran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa, öz proqramını gizli həyata keçirə və silah yarışına başlaya bilər.

Britaniyanın “The Guardian” nəşri qeyd edir ki, İrana zərbə endirilməsi ABŞ lideri Donald Trampın İsrailin baş naziri Binyamin Netanyahunu cilovlamaq səylərinin iflasa uğraması deməkdir. Böyük ehtimalla bu, Trampın əldə etməyə çalışdığı Vaşinqton-Tehran razılaşmasının pozulmasına gətirib çıxaracaq.

Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti qeyd edir ki, İsrailin İranı vurmaq üçün heç bir səbəbi yox idi. Tehranın davamlı olaraq “sionist varlığın” məhv edilməsindən danışmasına baxmayaraq, İranın əslində hücum hazırlaya və real təhlükə yarada biləcəyinə dair heç bir arqument yoxdur.

 
Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top