İsrail ərazisinə İranın səhər hücumu nəticəsində azı 21 nəfər yaralanıb, iki nəfər isə ölüb.
Demokrat.az “Report”-a istinadən xəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı Milli Tibb Xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, təxminən 30 yaşlı kişi aldığı xəsarətlərdən keçinib, kritik vəziyyətdə xəstəxanaya yerləşdirilmiş daha bir qadın da sağ qalmayıb.
Xidmət həmçinin qeyd edib ki, zərbələr nəticəsində azı altı bina dağıdılıb.
***07:55
İranın İsrail ərazisinə qarşı son – dördüncü dalğa hücumları nəticəsində azı 13 nəfər yaralanıb.
Demokrat.az “Report”-a istinadən xəbər verir ki, bu barədə İsrailin Milli Tibbi Xidməti (“Magen David Adom”) sosial şəbəkədə məlumat yayıb.
Xidmətə görə, yaralılardan birinin vəziyyəti kritik, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Xidmət tərəfindən paylaşılmış fotoda uçmuş bina və digər dağıntılar görünür.
Əvvəllər bildirilmişdi ki, şənbə gecəsi İran hücumları nəticəsində 63 nəfər xəsarət alıb, bir qadın aldığı yaralardan keçinib.