İran: "Britaniya, Fransa və ABŞ-ın hərbi bazalarını vuracağıq"

DÜNYA 14 iyun 2025, 18:10
İran Britaniya, Fransa və ABŞ-ı İsrailə hərbi yardım göstərəcəkləri təqdirdə Yaxın Şərqdəki hərbi obyektlərini vurmaqla hədələyib.

Demokrat.az xəbər verir ki, bu barədə  "Mehr" xəbər agentliyi məlumat yayıb. 

Qeyd edildiyi kimi, rəsmi Tehran artıq bu ölkələrə müvafiq mesaj göndərib.

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlev bəyan edib ki, Yaxın Şərqdəki bütün Amerika obyektləri hazırda İran üçün qanuni hədəflərdir. 



Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 iyun 2025, 22:59
Top