Koçaryan Paşinyan və Simonyanı məhkəməyə verdi

DÜNYA 14 iyun 2025, 17:20
Ermənistanın ikinci prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyan və parlamentin sədri Alen Simonyanı məhkəməyə verib.

Oxu.Az bu barədə Ermənistanın məhkəmə informasiya portalına istinadla xəbər verir.

İkinci prezidentin tələbinə əsasən, Paşinyanın öhdəliyinə qoyulmalıdır ki, 2025-ci il iyunun 5-dən sosial şəbəkələrdəki paylaşımında onun rüşvətxor olması və bununla bağlı artıq məhkəmə qərarının verildiyi barədə məlumatı təkzib etsin.

Koçaryan həmçinin tələb edir ki, qeyri-maddi ziyana görə Paşinyan 6 milyon dram (15 min ABŞ dolları) ödəməlidir.

Parlamentin spikeri Alen Simonyana gəlincə, Koçaryan ondan qanunverici orqanın rəhbərinin ikinci prezidentin şərəf və ləyaqətini ləkələdiyi brifinqə görə açıq şəkildə (sosial şəbəkədəki rəsmi səhifəsində) üzr istəməyi tələb edib.

Sabiq prezident spikerdən böhtan xarakterli bəyanatlara görə ictimaiyyət qarşısında üzr istəməsini də tələb edir. Koçaryan həmçinin Simonyandan böhtana görə 6 milyon dram (15 min dollar), təhqir və mənəvi ziyana görə isə 3 milyon dram (7.5 min dollar) ödəməsini tələb edir.

Xatırladaq ki, Simonyan brifinq zamanı vətəndaşların bu yad adamın, bu qatilin, öz dəstəsi ilə Ermənistana pul qazanmağa gələn bu korrupsionerin hakimiyyətə qayıtmamasına səs verdiyini bəyan edib:

"O, yad adamdır, onun düşüncəsi, hərəkətləri ermənilərə yaddır. Koçaryan əli qanlı qatil və quldurdur".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 iyun 2025, 22:59
Top