MAQATE İsfahandakı nüvə obyektinin zədələndiyini TƏSDİQLƏDİ

DÜNYA 14 iyun 2025, 21:30
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İsrailin zərbəsindən sonra İsfahandakı nüvə obyektindəki zədələnmələri təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Agentliyin X-də yaydığı məlumatda bildirilir.

“MAQATE-nin mövcud məlumatına əsasən, ötən gün İsfahandakı nüvə obyektinə edilən hücum nəticəsində dörd həyati vacib bina zədələnib. Onların arasında uranın emalı zavodu və yanacaq lövhələrinin istehsalı zavodu da var.

Natanzdakı obyektlə bağlı vəziyyətdə olduğu kimi, bu dəfə də obyektin ərazisindən kənarda radiasiya fonunun artması gözlənilmir”, - deyə məlumatda qeyd edilib

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyun 2025, 09:32
14 iyun 2025, 22:59
Top