Netanyahu: İran bütün Qərbi təhdid edib və iki dəfə Trampı öldürmək istəyib

DÜNYA 15 iyun 2025, 00:20
İran bütün Qərbi təhdid edib və iki dəfə Trampı öldürmək istəyib.

"Report" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciətində deyib.

O, İsrailin İrana qarşı hərbi əməliyyatı zamanı Yaxın Şərqdə və onun hüdudlarından kənarda azadlığı müdafiə etdiyini bildirib.

"Hazırda biz terrorçulara hücum edərkən İran dinc ərazilərimizi bombalayır. Bu, xəbər deyil. Onlar prezident Trampa iki dəfə sui-qəsd etmək istəyiblər. Amerika səfirliklərini bombalayıblar. Beyrutda (1983-cü ildə - red.) ABŞ-nin 241 dəniz piyadasını öldürüblər, İraq və

Əfqanıstanda kustar üsulla hazırladıqları partlayıcılarla minlərlə amerikalını öldürüb və yaralayıblar", - Netanyahu qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyun 2025, 09:53
15 iyun 2025, 09:32
Top