İran Hörmüz boğazını bağlamaq istəyir — Mazandarandan İsrailə yeni raketlər buraxılıb

DÜNYA 14 iyun 2025, 00:12
İran  İsrailin hucumuna cavab olaraq Hörmüz boğazını bağlamağı nəzərdən keçirir.

AzPost bildirir ki, bu barədə İranın 3-cü kanalı məlumat yayıb.

Xəbərə görə, nəzərdən keçirilən variantlar arasında İranın Hörmüz boğazının və Yəmənin Bab əl-Məndəb boğazının bağlaması da var.

İran xəbərdarlıq edir ki, İsrailin hərəkətləri qlobal enerji təhlükəsizliyini poza bilər.

Son vəziyyət isə gərgin olaraq qalır. Bir neçə dəqiqə əvvəl Mazandaran əyalətindən İsrail istiqamətində yenidən çoxlu sayda raket atılıb.

Türkiyə mətbuatı xəbər verir ki, İranın İsrailə endirdiyi raket zərbələri aşağıdakı hədəfləri vurub

 Təl-Əviv Maliyyə Mərkəzi
 İsrail Müdafiə Nazirliyi
 İqtisadiyyat Nazirliyi
 Tel Nof Hava Bazası
 Hayfa ərazisində bir neçə hədəf
 Qəzza sahillərində qaz platforması

Kritik infrastruktur obyektlərinin vurulması hücumun yüksək dəqiqliyi və planlı xarakterini göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 iyun 2025, 14:31
14 iyun 2025, 14:22
Top