Nərminə Həsənova: "BMT-nin dayanıqlı inkişaf məqsədləri üzrə 14 mükafat almışıq"

SOSİAL 14 iyun 2025, 13:43
"Bu gün "MiniBoss biznes məktəbi" tərəfindən milli çempionat keçirilir. Aprel ayında baş tutmuş startap biznes forumunda şagirdlərimiz 22 layihə təqdim ediblər və sponsorların, həmçinin investorların dəstəyi ilə bu layihələri həyata keçiriblər. Bu gün isə onlar hazır məhsul və xidmətlərini münsiflər heyətinin qarşısında təqdim edirlər".

Bunu Oxu.Az-a açıqlamasında "MiniBoss Business School Baku"nun təsisçisi Nərminə Həsənova Bakıda keçirilən Startap Forumu zamanı deyib.

O bildirib ki, 5 il ərzində məktəbin bir sıra uğurları olub:

"Beynəlxalq arenada iki dəfə dünya çempionu, bir dəfə ikinci yerin sahibi, iki dəfə isə üçüncü yeri qazanan ölkə məhz Azərbaycan olub. Eləcə də BMT-nin dayanıqlı inkişaf məqsədləri üzrə 14 mükafat almışıq. Həmçinin, "MiniBoss Baku" 75 filialdan iki dəfə ən yaxşı filial adını qazanıb".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 iyun 2025, 22:59
Top