Skuterlər nömrələnsə, gərək velosipedlər də nömrələnsin — AÇIQLAMA

SOSİAL 14 iyun 2025, 13:52
“Ötən ildən etibarən mopedlərə xüsusi identifikasiya nömrələri verilir. Skuterlərə isə belə nömrələrin verilməsinin əleyhinəyəm. Əgər skuterlərə də nömrə verilsə, o zaman velosipedlərə də verilməlidir”.

Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.



Ekspertin sözlərinə görə, təhlükəli halların qarşısını almaq üçün skuteri idarə edən vətəndaşlar qanunlara riayət etməlidirlər:

“Qanunvericilikdə artıq bu məsələ ilə bağlı müəyyən müddəalar mövcuddur. Həm ‘Yol hərəkəti haqqında’ qanuna, həm də İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Skuterlər kiçik mühərrikli nəqliyyat vasitəsi kimi tanınıb. Onlara müəyyən məhdudiyyətlər tətbiq olunur — istər qayda pozuntusu, istərsə də digər şəxslərə xəsarət yetirilməsi halları ilə bağlı”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 iyun 2025, 22:59
Top