İran həm daxili, həm də beynəlxalq uçuşları dayandırıb.
Demokrat.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilir ki, müvafiq qərar İslam Respublikasının Mülki Aviasiya İdarəsi tərəfindən qəbul edilib. İyunun 13-nə keçən gecə İsrail “Şir kimi millət” adlı əməliyyata başladığını elan edib. Bu əməliyyatın əsas məqsədi İranın nüvə və raket proqramlarına zərbə endirməkdir.
Bundan sonra İranın Qum şəhəri yaxınlığındakı Cəmkəran məscidi üzərində qırmızı qisas bayrağı qaldırılıb. Yayımlanan görüntülərdə bayrağın qaldırılma prosesi əks olunub. Əllərində İran bayraqları olan çoxlu insan məscidin yaxınlığındakı meydana toplaşıb.
Əfsanə Kamal
Demokrat.az