Bu gün Azərbaycanda "Son zəng" qeyd edilir.
Demokrat.az xəbər verir ki, 15 sentyabrda başlayan 2024-25-ci tədris ili bu gün başa çatır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumatına görə, bu il ümumi orta təhsil səviyyəsi üzrə respublika üzrə 157 802 nəfər, tam orta təhsil səviyyəsi üzrə isə 116 222 nəfər şagird məzun olur. Məzunlardan 84 nəfəri işğaldan azad edilmiş rayonlarda fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləridir.
Qeyd edək ki, "Son zəng" ənənəvi olaraq ümumi və tam orta təhsil pillələrini başa vuran şagirdlərin şərəfinə keçirilir və onların məktəb həyatında yeni mərhələnin başlanğıcını simvolizə edir. Bu münasibətlə respublikanın bütün məktəblərində məzunlar üçün bayram şənlikləri, xatirə tədbirləri və müxtəlif mədəni-əyləncəli proqramlar təşkil olunur.