Uşaq travmaları ilə bağlı müraciətlər ilin isti vaxtlarında – yaz və yay fəsillərində daha çox olur.
Demokrat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabındakı canlı yayım zamanı Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev bildirib.
O deyib ki, isti vaxtlarda uşaqlarda fiziki aktivlik artır və təbii olaraq, müəyyən travmalara daha çox rast gəlinir. Həmçinin tətil vaxtı məktəbyaşlı uşaqlar travmalarla bağlı daha çox müraciət edirlər. İlin soyuq vaxtlarında isə uşaqlarda daha çox məişət travmalarına rast gəlinir. Ümumi müraciətlərin sayı digər aylara nisbətən azalır. Xüsusilə noyabr-fevral ayları arasında uşaqların daha çox evdə vaxt keçirmələri ilə əlaqədar travmaların sayı azalır:“Bu vaxt uşaqlar daha çox məişət xəsarətləri (yıxılma, kəskin alətlərlə xəsarət, yanıq və digər) ilə müraciət edirlər. Ümumi müraciətlərin sayında nəzərəçarpacaq azalma müşahidə olunur və bu dövrdə uşaq travmalarının ümumi müraciətlərdəki payı 25–30 faiz təşkil edir”.
İlham Şıxbabayev vurğulayıb ki, travmatoloq-ortopedlər üçün mövsümə uyğun profilaktik tədbirlərin gücləndirilməsi, maarifləndirmə işlərinin aparılması və valideynlərin diqqətinin bu mövzuya yönəldilməsi mühüm əhəmiyyət kəsb edir. Məktəb və bağçalarda, yay düşərgələrində təhlükəsizlik qaydalarının təbliği, həmçinin açıq havada uşaqlar üçün təhlükəsiz mühitin yaradılması travma hallarının qarşısını almaqda mühüm rol oynaya bilər.