Hindistanda təyyarə qəzasından yeganə sağ çıxmış sərnişin DANIŞDI

DÜNYA 12 iyun 2025, 21:46

Hindistanda "Air India" aviaşirkətinə məxsus "Boeing 787-8 Dreamliner" təyyarəsinin qəzaya uğraması zamanı sağ olaraq tapılmış ilk və hələlik yeganə sərnişin 40 yaşlı Böyük Britaniya vətəndaşı Vişvaş Kumar Rameş olub.

Bu barədə Oxu.Az "Hindustan Times" nəşrinə istinadla xəbər verir.

Onun sözlərinə görə, təyyarə havaya qalxdıqdan 30 saniyə sonra "bərk gurultu" eşidib, ardınca isə hava gəmisi yerə düşüb:

"Qəzadan sonra ətrafımda cəsədlər var idi. Qorxdum. Ayağa durub qaçdım. Kimsə məni tutub təcili yardım maşınına mindirdi və xəstəxanaya apardı".

Qeyd edək ki, qəzaya uğramış təyyarənin göyərtəsində 242 nəfər olub. Onlardan 230-u sərnişin, ikisi pilot və 10-u bort bələdçisi olub. Sərnişinlərdən 169-u Hindistan, 53-ü Böyük Britaniya, yeddisi Portuqaliya və biri Kanada vətəndaşıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top