"İnter-Server" 35 illiyini qeyd edir

GÜNDƏM 12 iyun 2025, 23:05
Bu gün iş dünyasında azərbaycanlı imzası kifayət qədər çoxdur. Tanınmış iş adamlarımız ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda yetərincə bəlli bir saya malikdir. Lakin onların içində iş sferasında, biznes sektorunda praqmatik dəst-xətti və punktual üslubu ilə fəaliyyət göstərdiyi ölkədə ciddi nüfuza sahib, eyni zamanda müxtəlif sosial layihələrə dəstək verən, xeyriyyə marafonları təşkil edən şirkətlər barmaqla sayılacaq qədər azdır. Bu baxımdan, uzun illərdir Rusiyada fəaliyyət göstərən “İNTER SEVER" Səhmdar Holdinqinin fəaliyyəti həm Rusiya vətəndaşlarına, həm də orada yaşayan soydaşlarımıza yaxşı tanışdır. Yarandığı gündən etibarən iqtisadiyyat sektorunda məhəlli deyil, ümumregional xarakterli fəaliyyəti ilə böyük işlərə və uğurlara imza atan “İnter Server” Rusiya azərbaycanlılarının “O şirkət bizimdir, bizimkilərindir!” sözünü ürəklə ifadə etdiyi statuslu biznes qurumlarından birinə çevrilməyi bacarmışdır.

Şirkət nəinki Rusiyada bir sıra Avropa ölkələrində, xüsusilə İtaliyada uğurlarla müşayiət olunan fəaliyyətə sahibdir. Şübhəsiz ki, burada azərbaycanlı iş adamı, sözügedən şirkətin təsisçisi və rəhbəri Fizuli Məmmədovun təqdirəlayiq fəaliyyətini görməzdən gəlmək olmaz. Fizuli Məmmədov böyük zəhmət sərf edərək şirkəti bugünkü səviyyəyə gətirməklə yanaşı, eyni zamanda onu böyük bir xeyriyyə təşkilatına da çevirməyi bacarmışdır. Əlbəttə, birinci fəaliyyət onun şəxsinə aiddir və bundan şirkət böyük uğurlar əldə edib, ikinci qeyd etdiyimiz fəaliyyət isə bir xarakterdir və bundan  cəmiyyətlər faydalanıb. Çünki ortada insan faktoruna verilən dəyərdən və ona göstərilən dəstəkdən gedir ki, bunu da onillərdir xeyriyyəçi, mesenat Fizuli Məmmədovun fəaliyyətində izləmək mümkündür. Təsadüfi deyildir ki, o, səhmdarlığın inkişafına və xeyriyyəçilik fəaliyyətinə görə "Slava Rossii" və "I dərəcəli Pyotr Veliky" ordenlərinə layiq görülüb.

Fizuli Məmmədov təkcə böyük sahibkar deyil, o həm də ictimai xadimdir. O, həm də Rusiya Azərbaycanlıları İttifaqının prezidentidir. Əlbəttə, bu təşkilat dünyanın ən böyük ölkəsində yaşayan həmyerlilərimizin taleyindən mükəlləf sayılan qurumlardan biridir. Bu baxımdan,

Fizuli Məmmədovun xeyriyyəçi missiyası və millətsevər şəxsiyyəti ilə uzlaşan bu ictimai yükümlülük özünü hər sahədə, hər yerdə, o cümlədən vətəni Azərbaycanda da doğrultmaqdadır. Onun Vətənimizin suverenliyi uğrunda gedən döyüşlərdə sağlamlığını itirmiş cəsur qazilərimizə göstərdiyi dəstəkdən indi də bəhs olunur. O hər zaman aztəminatlı ailələrin, həssas kəsimə mənsub soydaşlarımızın yanında olmuş və onu tanıyanların sevgisini qazanmışdır.  
Bu gün tanınmış iş adamı, ictimai xadim Fizuli Məmmədovun yaratdığı şirkət bir azərbaycanlının xarici ölkədə maksimal bacarığını ifadə edən sanballı örnəklərdən biridir. Iyunun 13-çü öz nəcib fəaliyyəti ilə fərqlənən bu şirkətin 35 illiyidir. Yubiley rəqəminin gerisinə boylanarkən, fəaliyyəti incələnərkən şirkətin nüfuzunun  əbəs yerə olmadığı bir daha hər kəsə aydın olur. Biz də öz növbəmizdə bu illər ərzində yüksək ad və statusla iş dünyasına möhürünü vurmuş, adı hər zaman ali fəaliyyətlərdə hallanan “İnter-Server”-in qurucusu Fizuli Məmmədovu təbrik edir, onun rəhbərliyi ilə şirkətə daha böyük yubiley illəri və nailiyyətləri arzu edirik. 

Ínter-server şirkətlər qrupunun Ídarə Heyəti

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top