Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun anım günüdür

GÜNDƏM 12 iyun 2025, 00:30
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun anım günüdür. Onun vəfatından 33 il ötür.

Demokrat.az
xatırladır ki, Allahverdi Teymur oğlu Bağırov 1946-cı ilin aprelin 22-də Ağdamda doğulub. O, yeddi qız övladından sonra dünyaya gəldiyinə görə ailəsi onu Allahın payı sanaraq Allahverdi adını veriblər.

Allahverdi Bağırov gənc yaşlarından cəsarətli, qorxmaz, sözübütöv, haqsızlığa dözməyən insan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb.

Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub.

Allahverdi Bağırov həm də Ağdamın "Qarabağ" futbol klubunun şərəfini qoruyub. 1976-cı ildə klubun baş məşqçisi təyin olunub və həmin ildə keçirilmiş Ümumittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səy göstərib.

1988-ci ildə Qarabağda ilk erməni aksiyaları başlayanda azərbaycanlıların təşkilatlanmasında Bağırov qardaşlarının böyük xidmətləri olub. Sonrakı illərdə Allahverdi Bağırov digər vətənpərvər insanlarla birlikdə Ağdamda ilk müdafiə dəstələrini yaradır.

Həmin vaxt ilk dəfə yerli əhalinin təşəbbüsü ilə Əsgəranla Ağdam arasında keşikçi postu yaradılır və Allahverdi Bağırovun qardaşı Eldar könüllü olaraq bu posta keşik çəkməyə gedir. Daha sonra bu cür özünümüdafiə postları ermənilərlə həmsərhəd digər kəndlərdə də yaradılır.

1991-ci il oktyabrın 1-də Azərbaycan ordusunun ilk hərbi birləşmələrindən biri - 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə taboru yaradılır.

Bu taborun yaradıcıları Eldar və Allahverdi Bağırov qardaşları olur. Eldar Bağırovun komandiri olduğu və 760 döyüşçüsü olan tabora "Vətən oğulları" adı verilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top