Ət və ət məhsulları azalır, süd məhsulları artır. Amma hər iki məhsulun ortaq cəhəti var. Söhbət qiymət artımından gedir. Son aylarda müşahidə olunan bahalaşma nə vətəndaşı, nə də satıcıları təəccübləndirir. Bir neçə həftə öncə 18 manata satılan yağ indi 24 manata təklif olunur. Bəzi süd məhsullarında da 20 faizə qədər bahalaşma var. Ətin qiymətində də azalma yoxdur.
İqtisadçı Azər Bayramlı Demokrat.az-a açıqlamasında deyib ki, heyvandarlıqla məşğul olan fermerlər üçün yem məhsulları əsas xərc komponentidir:
“Taxıl, arpa, soya kimi yem tərkibli məhsulların dünya bazarlarında və ya daxili bazarda bahalaşması, bu sahədə maya dəyərini artırır və nəticədə ət və süd məhsullarına təsir edir. Yay aylarında su qıtlığı, otlaq sahələrinin azalması və hava şəraiti heyvanların məhsuldarlığına mənfi təsir edir. Süd verimi aşağı düşür, heyvanların çəkisi azalır, bu da istehsalı azaldaraq təklifin azalmasına səbəb olur. Azərbaycanda bəzi süd məhsulları və yağ növləri, xüsusilə kərə yağı, xarici ölkələrdən idxal olunur. Dünya bazarlarında baş verən inflyasiya, logistika xərcləri və valyuta məzənnələrinin dəyişməsi bu məhsulların qiymətinə birbaşa təsir edir. Məhsulların tarladan marketə qədər çatdırılması üçün istifadə olunan yanacaq və nəqliyyat xidmətlərindəki artım, qiymətlərə əlavə yük gətirir. Xüsusilə yay aylarında bəzi məhsulların istehsalı və saxlanması çətinləşir. Bu da təklifin azalmasına və qiymətin yüksəlməsinə səbəb ola bilər”.
Leyla Turan
Demokrat.az