"Bölgələrdə turizm infrastrukturunun olması çox vacib şərtlərdəndir. Xüsusən bir əraziyə çatmaq üçün oranın rahat yolu, ictimai iaşə obyektləri, kommunalları və s. olmalı və orada məskunlaşma olmalıdır. Bu olduğu təqdirdə, ora turistik zona kimi daha çox inkişaf etməyə meyilli olacaqdır. Hansı regionların ki, rekreasiya resursları zəngindir, bu, turizm üçün ciddi şəkildə inkişaf imkanı və şərait yaradır".
Bunu Demokrat.az-a açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.
"Mən düşünürəm ki, Azərbaycanın cənub zonası olan Lənkəran, Astara kimi rayonlar, xüsusən Xəzər dənizi ətrafı subtropik ərazilər daha çox turist potensialına malikdir. Xüsusən gələcəkdə sərhədlər açıldıqdan sonra cənub qonşularımız İrandan daha çox turist həmin istiqamətə istirahət üçün gələ bilərlər. Hətta iki günlük qısamüddətli səfərlərdə belə Azərbaycanın cənub hissəsinə səfərlər edə bilərlər".
Ekspert bildirib ki, bizim infrastrukturu kifayət qədər inkişaf etmiş bölgələrimiz var:
"Qəbələ, Şəki, Quba, Qusar və s. müqayisəli götürdükdə daha təkmildir, Gəncə, Göygöl istiqamətində müəyyən addımlar atılır. Həm sürətli qatar var, həm də burada sonradan yollar çəkilib. Orada həm tarixi abidələr, həm görməli yerlər, gözəl, maraqlı rekreasiya resursları, göl, meşə var. Ona görə bu insanları daha çox cəlb edə bilər.
Onun sözlərinə görə, infrastrukturun olması yetmir bu infrastrukturun özündən səmərəli istifadə etmək özü də turistlərin axınına səbəb ola bilər:
"Məsələn, Gəncə Beynəlxalq Hava Limanının olması, lakin onun qonşu dövlətlərin lokosterlərinin işlədiyi hava limanlarla müqayisədə əslində daha zəif iştirak etməsi və az səmərəli fəaliyyət göstərməsi əlbəttə ki, mövcud potensialın altında oraya az turist gəlməsinə səbəb olur. Ümumiyyətlə həmin regionda Naftalan istiqamətində il boyu sağlamlıq, turizm məqsədilə turistlər gəlir. Lakin il boyu Gəncə, Göygöl, Tovuz istiqamətlərində, əsasən yay mövsümündə daha çox turist gəlir. Lakin arzu olunandır ki, ilin bütün mövsümlərində bu istiqamətdə daha çox turistlər istirahət, sağlamlıq məqsədi üçün, məhz gəzməli görməli tarixi abidələr üçün daha çox turisti oraya cəlb edək.
Hava limanı daha səmərəli istifadə olunarsa, məhz daha ucuz qiymətə Gəncə hava limanına Azərbaycanın giriş qapısını təmin edə biləriksə, bu həm də ətraf regionların da inkişafına səbəb ola bilər".
Əfsanə Kamal
Demokrat.az