“Rusiya və İran bu dəhlizin açılmasında tərəddüdlü və hətta qarşı mövqe sərgiləyirlər. Çünki bu dəhliz Türkiyənin Orta Asiyaya quru çıxışını təmin edir, bu isə Rusiya və İranın geoiqtisadi nəzarətinə zərbə ola bilər. Həmçinin, İran öz ərazisindən keçəcək alternativ marşrutun dəstəklənməsini istəyir”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
O deyib ki, burada böyük güclərin maraqlarının toqquşması artıq açıq şəkildə müşahidə olunur:
“ABŞ və Qərb dairələri bu məsələdə daha çox Türkiyə və Azərbaycanın mövqeyinə yaxın durur. Bu isə regionda çoxqütblü maraqların balansını dəyişə bilər. Paşinyanın rolu həlledicidir. O, ya İran və Rusiyanın təsirinə boyun əyəcək, ya da dəhlizin açılmasına razılıq verərək Qərbə yaxınlaşmaq xəttini gücləndirəcək. Amma görünən odur ki, Ermənistan tərəfi daim "iki kürsüdə oturmaq" siyasətini davam etdirir. Azərbaycan və Türkiyə bu layihədə israrlıdır. Təkcə iqtisadi yox, strateji və hərbi baxımdan da bu yolun açılması önəmlidir. Xüsusilə Türk Dövlətləri Təşkilatı üçün bu dəhliz Türk dünyasının fiziki bağlantısı deməkdir. Zəngəzur dəhlizinin açılması sadəcə texniki yox, ciddi siyasi qərarlar tələb edən bir məsələdir. Bu istiqamətdə Bakı və Ankaranın birliyi və ardıcıl siyasəti bu məqsədin gerçəkləşməsi üçün əsas faktordur”.
Leyla Turan
Demokrat.az