Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp ilə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin görüşündə gömrük mübahisəsi barədə razılıq əldə olunub. Bəs bu razılaşma qlobal bazar üçün nə vəd edir?
Bu barədə Demokrat.az-a danışan iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, bu razılaşma dünya iqtisadiyyatında və ticarətində müəyyənlik yaratdı, qarşılıqlı ticarət müharibəsini sakitləşdirdi:
"Razılaşmada birtərəfli olaraq ABŞ-nin maraqlarının ödəndiyi təəssüratı yaranır. Həm investisiya qoyuluşu, həm enerji, silah alışı ilə bağlı, həm 15 faizlik birtərəfli rüsum tətbiqi ilə bağlı müddəalar var. Daha çox ABŞ-nin maraqları qorundu. Razılaşmadan sonra dolların məzənnəsində avroya görə 2 sentə qədər bahalaşma müşahidə olundu. Düzdür, birjalarda kəskin dəyişiklik olmadı, çünki gözlənti var idi".
Ekspert bildirib ki, əgər razılaşma olmasaydı, həm dollar və neft ucuzlaşacaqdı, qızıl bahalaşacaqdı:
“Amma razılaşma olduğuna görə, neft bir dollardan çox bahalaşdı, avro isə dollar qarşısında ucuzlaşdı, birjalar çox reaksiya vermədilər, çünki razılaşma gözlənilən idi.
Bu razılaşmanın olması müsbət haldır. Həm əmtəə birjaları üçün, həm dolların məzənnəsi üçün ki, daha da ucuzlaşmasında ləngimə olacaq. Ümumi götürsək, bu razılaşma qlobal iqtisadiyyat üçün müsbət təsirə malik olacaq. Ticarətin davam etdirilməsi həm ABŞ, həm də Aİ üçün önəmlidir. Bu iki iqtisadiyyat dünyanın ən böyük iqtisadiyyatlarıdır".
Cavidan Mirzəzadə
Demokrat.az