Koronavirus variantı “Nimbus” (Omicron subvariant LP.8.1) beş illik pandemiya dövründən sonra yenidən ortaya çıxıb.
Demokrat.az xəbər verir ki, varinata ilk dəfə 2024-cü ilin ortalarında Avropada tullantı sularının monitorinqində rast gəlinib. Yay mövsümü yaxınlaşdıqca, Avropanın tibb orqanları səyahətçiləri gigiyena və qoruyucu tədbirlərə əlavə diqqət yetirməyə çağırır.
Avropa Dərman Agentliyi (EMA) xüsusilə risk qruplarının qorunmasını təmin etmək məqsədi ilə mövcud peyvəndlərin varianta qarşı yenilənməsini tövsiyə edir.
Nimbus infeksiyasının simptomlarına atəş, burun axması, öskürək, boğaz ağrısı, baş ağrısı və əzələ ağrıları daxildir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, epidemiya yazın sonunda və payızda yenidən güclənə bilər.
Əfsanə Kamal
Demokrat.az