"Azərbaycanda 2025-ci ildə dərsliklərin yenilənməsi üçün 13 milyon manat vəsaitin ayrılması bir tərəfdən dövlətin təhsilə diqqətini göstərsə də, digər tərəfdən bu vəsaitin məntiqsiz, qeyri-effektiv və nəticəsiz xərcləndiyini sübut edən təkrar olunan struktur problemlər mövcuddur. Dərs vəsaitlərinə hər il milyonlarla manat pul ayrılmasına baxmayaraq, onların elmi-pedaqoji keyfiyyəti, psixoloji uyğunluğu və praktik tətbiq imkanları ciddi şəkildə şübhə altındadır. Əgər bu qədər böyük vəsait ayrılırsa, nəticə də müvafiq olaraq təhsil alanın inkişafına, müəllimin işini asanlaşdırmağa və məktəbdə təlim prosesinin effektivliyinə töhfə verməlidir. Lakin real mənzərə tam əksini göstərir".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib.
"Dərsliklərdəki problemlərin kökündə bir neçə sistemli çatışmazlıq dayanır. Birincisi, şagirdlərin yaş xüsusiyyətləri və psixoloji inkişaf mərhələləri nəzərə alınmadan mətnlərin və tapşırıqların tərtib olunmasıdır. Məsələn, ibtidai sinif “Azərbaycan dili” dərsliyində I və II sinif şagirdləri üçün nəzərdə tutulan mətnlərin lüğət tərkibi ağır, cümlə quruluşu mürəkkəb və informativ yükü olduqca yüklənmişdir. Bu, inkişaf psixologiyasında Jean Piaget və Lev Vıqotski kimi tanınmış nəzəriyyəçilərin təklif etdiyi “şagirdin proksimal inkişaf zonası” prinsipinə ziddir. Şagird öz psixoloji və zehni yaşına uyğun olmayan bilgilərlə qarşılaşdıqda, öyrənmə prosesi travmaya və öyrənmədən soyumağa çevrilir".
O bildirib ki, dərsliklərin çoxunda məzmunun ardıcıllığı və inteqrativliyi pozulub:
"Riyaziyyat, informatika və coğrafiya dərsliklərində anlayışlar arasındakı məntiqi əlaqələr qeyri-kafi şəkildə qurulub. Bu isə şagirdin düşünmə, nəticə çıxarma və tətbiqetmə bacarıqlarının formalaşmasına əngəl törədir. Üçüncüsü, dərsliklərdə şəkil, diaqram, cədvəl və vizual materialların ya keyfiyyətsiz, ya da qavrama gücünə uyğun olmayan şəkildə təqdim edilməsi dəfələrlə müşahidə olunub. Belə vizual təhriflər isə sinifdə müəllimin təlimini çətinləşdirir, şagirdin mövzunu qavramasını zəiflədir.
Bundan əlavə, faktoloji və terminoloji səhvlər, sual və tapşırıqlarda uyğunsuzluqlar, təkrarçılıq, ədəbi və tarixi mənbələrin yanlış interpretasiyası, ideoloji və sosial yanaşmalardakı qeyri-obyektivlik və müəllim üçün metodiki göstərişlərin natamamlığı dərsliklərin sistematik zəifliyini ortaya qoyur. Dövlət İmtahan Mərkəzinin qəbul və buraxılış imtahanlarında dərsliklərə istinadla qeydə aldığı illik 100-dən çox sual xətası buna bariz nümunədir.
Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 18.2-ci maddəsində göstərilir ki, təhsil proqramları və dərs vəsaitləri şagirdlərin yaş və psixoloji xüsusiyyətlərinə uyğun olmalı, pedaqoji tələbləri və tədris məqsədlərini ödəməlidir. Lakin bu norma yalnız formal olaraq tətbiq edilir və təcrübədə onun icrasına nəzarət çox zəifdir. Əgər dərslik elmi, metodiki və psixoloji cəhətdən zəruri olan standartlara cavab vermirsə, ayrılan büdcə vəsaiti təkcə səmərəsiz xərclənmiş resurs deyil, həm də şagirdin inkişafına vurulan zərbə kimi dəyərləndirilməlidir".
Ekspertin sözlərinə görə, dünya təcrübəsində dərsliklərin hazırlanması açıq müsabiqə, ictimai iştirak və çoxsəviyyəli ekspertiza prinsipi ilə tənzimlənir:
"Məsələn, Finlandiyada dərsliklər dövlət tərəfindən yazılmır, müxtəlif nəşriyyatlar arasında müsabiqə ilə seçilir və yalnız müəllimlər, psixoloqlar, valideynlər və pedaqoji ekspertlərdən ibarət şura tərəfindən təsdiqlənir. Gürcüstanda dərsliklərin ictimai müzakirəsi məcburidir, Türkiyədə isə dərsliklərdəki dəyişikliklər yalnız 3 ildən bir və ictimai monitorinq əsasında həyata keçirilir. Azərbaycanda isə dərslik yazımı qapalı şəkildə həyata keçirilir, müəlliflər, rəy verən ekspertlər və qərarvericilər təkrar-təkrar eyni simalardır, bu isə təkrarçılıq, yaradıcılıq çatışmazlığı və məhdud pedaqoji baxış deməkdir.
Əgər bu sahədə ciddi dəyişikliklər həyata keçirilməzsə, illik milyonlarla manatlıq vəsait itirilmiş büdcə olaraq qalacaq, məktəbdə isə müəllim və şagirdlər bu sistemsizliklə mübarizə aparmağa məhkum ediləcək. Dərslik siyasətində islahatlar aparılmalı, açıq müsabiqə sisteminə keçilməli, şəffaf ictimai rəy mexanizmi qurulmalı, beynəlxalq nəşriyyatlarla əməkdaşlıq artırılmalı və hər bir dərslik mütləq şəkildə psixoloq, pedaqoq, fənn müəllimi və metodistlərin ortaq iştirakı ilə tərtib olunmalıdır.
Dərslik sadəcə kağızda bilik deyil, şagirdin dünyagörüşünü, düşünmə tərzini, şəxsiyyətini formalaşdıran əsas vasitədir. Əgər bu vasitə keyfiyyətsizdirsə, təhsil sisteminin bütövlükdə keyfiyyətindən danışmaq mənasızdır. Mövcud vəziyyət dərhal dəyişməli və dövlət tərəfindən ayrılan milyonlar təhsilin məzmununa çevrilməlidir, yoxsa bu vəsaitlərin nəticəsi cəmiyyət üçün sıfıra yaxın olacaq.".
Əfsanə Kamal
Demokrat.az