Sabit tarifə keçidin həm müsbət, həm də mənfi tərəfləri olacaq.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
O bildirib ki, müsbət, ya mənfi cəhətlərin çox olacağını zaman göstərəcək:

"Qaz və elektrik enerjisinə sabit tarifin tətbiq edilməsinin nə dərəcədə effektiv olacağı məbləğlər müəyyən edildikdən sonra proqnozlaşdırıla bilər.
Yaxşı olan tərəfi odur ki, enerji təminatının dayanıqlı olması üçün yığımların artması şərtdir. Bunu öncədən demək olar. Lakin vətəndaşlar üçün müsbət, ya mənfi olacaq? Bunu artıq məbləğləri görəndə deyə biləcəyik".
Qeyd edək ki, Azərbaycanda “Elektroenergetika haqqında” qanuna dəyişikliklər ediləcək. Dəyişikliyə əsasən, elektrik enerjisinin ödənilməsindən sabit tarif tətbiq ediləcək.
Həmçinin, “Qaz təchizatı haqqında” yeni qanun layihəsi də hazırlanıb. Bu qanunda da sabit tariflər nəzərdə tutulub.
Cavidan Mirzəzadə
Demokrat.az