"Çimərlik mövsümü yaxınlaşdıqca insanımızı düşündürən əsas məsələlərdən biri xidmətlərin əlçatan olmaması olur. Bu, məsələ həm indi, həm də yay boyunca gündəmdə olacaq. Sirr deyil ki, bir çox çimərliklər iş adamlarının, sahibkarların nəzarətindədir. Həmin ərazilər icarəyə götürülür və öz xidmətləri təklif olunur".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.
Deputat təəssüflə bildirib ki, həmin ərazilərdə xidmətlər kifayət qədər bahadır:
"Sadə statistik vətəndaşın bu xidmətlərdən istifadəsi bir çox hallarda əlçatan deyil. Yay mövsümündə ailəsi ilə birlikdə bir neçə dəfə istirahət etmək istəyən insan ailə büdcəsindən xeyli miqdarda pul ayırmalı olurlar. Həmin vətəndaşlar bununla bağlı narazılıqlarını bildirirlər.
Ötən il "İDEA" İctimai Birliyi tərəfindən 6 çimərlik təmizlənərək, tamamilə ödənişsiz şəkildə istifadəyə verildi. Büdcəsi aşağı olan vətəndaşlar bu kimi alternativlərdən də istifadə edə bilərlər".

Deputatın sözlərinə görə, bəzən ictimai çimərliklərdə şəraitin olmaması ilə bağlı fikirlər səsləndirilir:
"Bu il də çimərliklərdə təmizliklə bağlı müəyyən addımların atılmasını gözləyirik. İctimai çimərliklərin normal vəziyyətə gətirilməsi vacib məsələdir. Bununla müvafiq qurumlar, yerli icra strukturları məşğul olmalı, bələdiyyələr prosesə cəlb edilməlidir.
Vətəndaş üçün alternativ variantlar yaradılmalıdır. Xəzər dənizinin qumlu sahilləri Azərbaycan vətəndaşı üçün ərmağandır. Vətəndaşların immunitet sistemi, sağlamlığı üçün çimərlikdən istifadə vacibdir. Ödənişli çimərlikləri icarəyə götürən sahibkarlar qiymətləri əlçatan etməlidirlər. Nə qədər əlçatan olsa, bir o qədər çox vətəndaş çimərlikdən istifadə edəcək. Bütün bunlar xalqa xidmət etmək deməkdir. Müvafiq qurumlar aktiv olmalı, ötən il İDEA-nın başlatdığı ənənə davam etdirilməlidir".
Əfsanə Kamal
Demokrat.az