Polşa Rusiyanın fəallığına görə təyyarələrini havaya qaldırıb

DÜNYA 09 iyun 2025, 08:59
Polşa müttəfiqləri ilə birlikdə Rusiya Federasiyasının fəaliyyəti ilə əlaqədar növbətçi döyüşçü qırıcıları havaya qaldırıb.

“Report” xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı “X”də məlumat yayıb.

Məlumata görə, Polşa hava məkanında "Rusiya Federasiyasının Ukrayna ərazisində intensiv hava hücumu ilə əlaqədar" özünün və müttəfiqin təyyarələrini səmaya qaldırıb.

Qeyd edək ki, bazar ertəsi gecə Ukraynanın bütün ərazisində hava həyəcanı elan edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top