"YouTube" bəzi istifadəçilərə qarşı sərt sanksiyalar tətbiq edib

DÜNYA 09 iyun 2025, 10:15
"YouTube" videohostinqi reklam bloklayıcı vasitələrdən yararlanan istifadəçilərə qarşı mübarizəni xeyli gücləndirib.

Bu barədə Lent.az "Android Authority" nəşrinə istinadla xəbər verir.

Nəticədə sözügedən kateqoriyadan olan izləyicilər "YouTube"dan istifadə edərkən kütləvi kəsilmələr yaranır.

"YouTube uzun müddətdir ki, reklamları bloklayanlara qarşı barışmaz mövqeyi ilə tanınır. Bu çərçivədə istifadəçilər müxtəlif problemlər barədə məlumat verirlər.

Bir çox istifadəçi videonu izləməyə davam etmək üçün bloklayıcını söndürmək zərurəti ilə bağlı xəbərdarlıqlarla qarşılaşırlar.

Digər istifadəçilərdə isə "YouTube"un baş səhifəsi tamamilə boş qalır. Reklam bloklayıcı deaktiv edilənə qədər videolara baxmaq qeyri-mümkün olur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 iyun 2025, 14:45
09 iyun 2025, 14:30
Top