
İranda tanınmış din xadimi, Tehranın cümə namazı imamı və rejimin əsas təbliğatçılarından olan Kazim Sediqinin iki oğlu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat əməkdaşları tərəfindən korrupsiya işi üzrə həbs olunub.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.
Bildirilir ki, onlara maliyyə pozuntuları və əlbirlik ittihamları irəli sürülüb.
Xatırladaq ki, Kazim Sediqinin özü 2023-cü ildə də Tehranın şimalında dövlət torpaqlarının qanunsuz mənimsənilməsində ittiham olunmuşdu.