Putin gecələr Kremlə niyə gedir?

DÜNYA 09 iyun 2025, 13:14
Ötən gecə Rusiya Prezidenti Vladimir Putin Kremlə gedib.

Bizim.Media xəbər verir ki, “Mayakı dinlədiniz” Telegram kanalı onun gecə yarısında kortejinin Kremldə görüldüyünü bildirib.
 
Hələlik Kremlin mətbuat xidməti bu xəbərə reaksiya verməyib. Amma buna qədər də ölkə prezidentinin “gecə növbəsi”nə qaldığı mediada qabardılanda prezidentin mətbuat katibi Dmitri Peskov izah etmişdi ki, Putinin Kremlə gecə səfərləri fövqəladə hal deyil, tamamilə rutin tədbirdir.

Peskovun sözlərinə görə, bu hərəkətlər ilk növbədə qrafikin və nəqliyyatın rahatlığı ilə bağlıdır.

Peskovun qeyd etdiyi kimi, Putin tıxac yaratmamaq və "avtomobil sürücülərinə lazımsız narahatlıq" verməmək üçün yollar boşaldıqda axşam gec gəlir.

Bundan əlavə, səhər erkən tədbirlər olanda Putin Kremldə gecələyirmiş. Peskov qeyd edib ki, prezidentin Kremldəki “rəsmi mənzili” iş qrafiki sıxlaşdıqca istifadə olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top