Bulvarda Aygün Kazımova izdihamı — VİDEO

ŞOU-BİZNES 09 iyun 2025, 11:02
Xalq artisti Aygün Kazımova ötən gün bulvarda konsert proqramı ilə çıxış edib. 

Axşam.az xəbər verir ki, yüzlərlə fanatı Pop kraliçanı görmək üçün dəniz kənarına toplaşıb. Balacadan böyüyə bütün sevənləri hit mahnılarını Kazımova ilə birlikdə oxuyublar.

Onlar müğənnidən səhnədən enib onların yanına gəlməsini də istəyiblər. Kazımova isə onların istəyini yerə salmayaraq, səhnədən enərək sevənlərinin yanına yollanıb. 

Konsertdən sonra da məkandan uzaqlaşmayan fanatlar Pop kraliça ilə foto çəkdirmək üçün izdiham yaradıblar. 
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 iyun 2025, 14:45
09 iyun 2025, 14:30
Top