Naxçıvanda eyni dönərxanada son 20 gündə ikinci KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

HADİSƏ 09 iyun 2025, 10:30
Naxçıvanda ikinci dəfə insanların zəhərlənməsinə səbəb olan "Kassap Döner" daha əvvəl baş verən hadisədən sonra cərimələnib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Agentlikdən bildirilib ki, ilk baş verən zəhərlənmə hadisəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılmışdı:

"Bu zaman müəssisənin fəaliyyəti müvəqqəti dayandırıldı, tamamilə bağlanmadı. Araşdırmalar nəticələri məlum olandan sonra, müəssisə nöqsanları aradan qaldırdıqan sonra fəaliyyətə icazə verilir. Təbii ki, baş verən hadisəyə görə sözügedən müəssisə İnzibati Xətalar Məcəlləsinə uyğun cərimələnir".

xxx

Naxçıvanda 17 nəfər dönərdən zəhərlənib.

Oxu.Az xəbər verir ki, Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən "Kassap Döner" dönərxanasında 17 nəfərin qidadan zəhərlənməsi barədə Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat daxil olub.

Məlumata əsasən, agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Belə ki, şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb.

Faktla bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, mayın 22-də həmin dönərxanada analoji hal qeydə alınmışdı. Həmin vaxt yeddi nəfər dönərdən zəhərlənmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 iyun 2025, 14:45
09 iyun 2025, 14:30
Top