Hind okeanının cənubunda güclü zəlzələlər davam edir. Belə ki, Avstraliyanın qərbində yerləşən Pert şəhərindən 1 765 km cənubda 5.8 bal gücündə zəlzələ baş verib. Təkanların intensivliyi dağıdıcı səviyyədə qiymətləndirilib.
Oxu.Az bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Altay-Sayan filialına istinadla xəbər verir.
Bildirilir ki, zəlzələnin episentri Qərbi Hindistan-Antarktika sualtı silsiləsi rayonunda yerləşib.
ABŞ Geoloji Xidməti (USGS) isə zəlzələnin maqnitudasını 5.9 bal olaraq qiymətləndirib. Məlumata əsasən, zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. ABŞ-li seysmoloqlar bu bölgədə 5.5 bal gücündə avterşok da qeydə alıblar.
Qeyd edək ki, bir gün əvvəl də həmin ərazidə müxtəlif qiymətləndirmələrə görə, maqnitudası 6-dan 6.2-yə qədər dəyişən zəlzələ baş vermişdi.