Fransa Rusiyanı sıxışdıraraq, Cənubi Qafqazda möhkəmlənməyə çalışır, lakin bu, real deyil.
Bunu Demokrat.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. O bildirib ki, Fransa uzun müddətdir ki, Ermənistanı himayə edir.
“44 günlük müharibə dövründə və ondan sonra Fransa prezidenti E. Makron bütün səviyyələrdə Ermənistanın yanında idi. Hətta Azərbaycanın torpaqlarını işğaldan azad etmək kimi beynəlxalq hüquq normalarına söykənən haqqını həyata keçirən zaman Fransa rahat durmurdu. Artıq Fransa dünyada təkcə Ermənistanın himayədarı kimi yox, ən yaxın silah yardımçısı kimi tanınır. Təkcə özü yox, yaxın olduğu Yunanıstan, Hindistan kimi ölkələri də bu prosesə cəlb edir”.
Fəzail Ağamalı Fransanın Cənubi Qafqaza dair məqsədlərindən danışarkən qeyd edib:
“Fransanın iki məqsədi var. Birincisi, Ermənistan vasitəsi ilə Cənubi Qafqazda möhkəmlənmək, Ermənistan vasitəsi ilə dövlət maraqlarını həyata keçirmək və Rusiyanı sıxışdırıb bölgədən çıxarmaq. Fransa anlayır ki, Rusiya olduğu müddətcə regionda mövqe tuta bilməyəcəklər.
Hazırda Fransa Zəngəzur dəhlizinin açılmasına ən çox mane olan dövlətlərdəndir, bəlkə də birincisidir. Elə bir vəziyyət yaratmaq istəyir ki, Zəngəzur dəhlizində söz sahibi olsun, dəhlizə nəzarət edə bilsin. Əlbəttə, Rusiya buna imkan verən deyil. Bu, Azərbaycanın da dövlət maraqlarına uyğun deyil. Azərbaycan hər hansı üçüncü ölkənin - Rusiyanın, İranın da burada mövqe tutmasını arzulamır. Mənə elə gəlir ki, Fransa nə qədər çalışsa da, Cənubi Qafqazda mövqe tutması real deyil”.
Cavidan Mirzəzadə
Demokrat.az