"Əvvəlcə qeyd etmək lazımdır ki, İslam dinində qurban ibadəti həm Allaha yaxınlaşmaq (qurban sözünün mənası da "yaxınlaşmaq" deməkdir), həm də paylaşmaq ruhunu gücləndirmək məqsədi daşıyır. Qurani-Kərimdə Həcc surəsinin 36-cı ayəsində buyurulur: "Biz hər ümmət üçün qurban kəsməyi vacib etdik ki, Allahın onlara ruzi verdiyi heyvanlar üzərində Onun adını çəksinlər. Qurbanların ətindən yeyin və ehtiyac içində olanlara da yedirdin...""
Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib.
O bildirib ki, bu ayə açıq şəkildə göstərir ki, qurban kəsən şəxsin özünün də bu ətdən yeməsi tamamilə icazəlidir və hətta tövsiyə olunur:
"Peyğəmbərimiz Məhəmməd (s.ə.s) də qurban ibadətində özü iştirak etmiş və kəsdiyi qurbanın ətindən həm yeyib, həm də başqalarına paylamışdır. Səhih hədislərdə bildirilir ki, o, özü də qurbanlıq heyvan kəsmiş və: "Yeyin, ehtiyac sahiblərinə yedirin və saxlayın" - buyurmuşdur (Buxari, "Ədəhî", 6; Müslim, "Ədəhî", 3).Bəzi insanlar tərəfindən irəli sürülən "Qurban kəsən şəxs onun ətindən yeməməlidir" fikri isə İslamın əsas mənbələri olan Qurani-Kərim və Sünnəyə ziddir. Belə bir fikir nə dini baxımdan mənbəyə söykənir, nə də fiqh məzhəbləri arasında qəbul olunmuşdur. Bu cür yanlış düşüncələr, ya xurafatların, ya da dini bilmədən söylənən şəxsi qənaətlərin nəticəsidir. Dinimizdə belə bir məhdudiyyət yoxdur".
Onun sözlərinə görə, əksinə, qurbanın ətinin üç yerə bölünməsi – bir hissəsinin özünə, bir hissəsinin qohum və dostlara, bir hissəsinin isə kasıblara verilməsi İslam alimləri tərəfindən tövsiyə olunmuşdur:
"Bu həm paylaşmaq mədəniyyətini təşviq edir, həm də qurbanın sosial mahiyyətini ortaya qoyur. Qurban ibadəti təkcə kasıblara yardım deyil, həm də öz halal ruzisindən Allah rizası üçün fədakarlıq göstərmək deməkdir.
Bilməliyik ki, qurbanı kəsən şəxsin onun ətindən yeməməsi haqqında deyilən fikir nə Qurana, nə Sünnəyə, nə də fiqh qaydalarına əsaslanır. Bu cür fikirlər cəmiyyət arasında yanlış dini təəssürat yaradır və ibadətlərin mahiyyətini kölgədə qoyur. Əksinə, qurbanı kəsən şəxs onun ətindən yeməli, paylaşmalı və bu ibadətin mənəvi və ictimai ruhunu yaşatmalıdır".
Əfsanə Kamal
Demokrat.az