
Tanınmış simalar övladları ilə bağlı paylaşımlar ediblər.
Axşam.az xəbər verir ki, onlar arasında müğənnilər Emma Ələkbərzadə, Emil Bədəlov, aparıcılar Vüsalə Əlizadə, Tarix Əliyev, aktyor Hikmət Rəhimov, aktrisa Sevinc Əliyeva yer alıb.
"Dünyanın heç bir yerində uşaqlar ağlamasın. Onların göz yaşları yalnız sevinclə olsun. Bəli, bu gün dünyada bəzi ölkələrdə müharibə gedir və bunun ən çox fəsadlarını yaşayan, həm ruhən, həm də fiziki olaraq ən çox əziyyət çəkən ilk növbədə uşaqlardır. Onların çoxunun valideynləri müharibədə həlak olur, özləri isə aclıqdan əziyyət çəkir, bombanın səsi ilə yatıb oyanırlar. Buna görə də Allah-Təala’dan yalnız dünyamızda heç bir övladın müharibədən əziyyət çəkməməsini, heç bir övladın xəstəlikdən əziyyət çəkməməsini arzulayıram. Qoy o balalar hər biri xoşbəxt böyüsün. Allah, bütün dünyadakı balalara xoşbəxt, sağlam, gözəl, sevgi dolu həyat bəxş etsin, onun içində də mənim balam olsun. Bayramınız mübarək olsun, əziz balalar!" deyə, Tolik paylaşımda qeyd edib.
Sevinc isə paylaşımına "Dünyanın ən gözəl varlığları, nəfəsləri və bitməyən enerji daşıyıcıları bayramızın mübarək. Qoy dünyanın bütün uşaqları sağlam və xoşbəxt olsunlar" deyə, yazıb.









