Xəzərə 400 milyonluq sərmayə: Buna ehtiyac varmı?

GÜNDƏM 04 iyun 2025, 18:18
"Dənizin suyunun duzsuzlaşdırılması layihəsi bir çox ölkələrdə tətbiq olunur. Əsasən su ehtiyatları zəif olan ölkələrdə bu layihə həyata keçirilir. Layihə həddən artıa baha başa gəlir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Avstraliya, Qətər, İsrail bu layihədən istifadə edir. Suyun duzsuzlaşdırılması üçün əks osmos adlı qurğudan istifadə edilir. Qurğuda membranlar və filtrlər olur. Dəniz suyu membrandan keçərsən süzülür və tərkibində olan duz, fiziki elementlər təmizlənir. Adətən bu sudan istifadə edilə bilmir. Çünki dəniz sularının kimyəvi çirklənməsi də baş verir".

Bu sözləri Demokrat.az-a açıqlamasında “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov deyib.

O bildirib ki, Xəzər dənizi az duzlu olan dənizlərdəndir:

"Duzluluq 11-12 promil həcmindədir. 1 litr suda təxminən 1.1-1.2 faizə qədər duz olur. Bu mənada Azərbaycanda layihənin həyata keçirilməsi uğurlu ola bilər. Dənizdən gələn suyun duzsuzlaşdırılması üçün ənənəvi olaraq xlordan və eyni zamanda alminium sulfatdan istifadə olunur. Qurğulardan süzülən suyun tam şəffaf, içməli hala gəlməsi üçün xidmət çox vacibdir. Həmin membranlar tez-tez tutulur. Buba görə də qurğuların dəyişdirilməsi vacibdir. Əmələ gələn su baha başa gəlir. 1 litr su təxminən 4-5 qəpiyə başa gəlir. Əlavə olaraq qurğular, investisiya, xidmət haqqı xərci artırır. 

Düşünürəm ki, bu cür layihələrə investisiya ayırmaqdansa, Kür çayından aldığımız sudan daha qənaətli istifadə edilməlidir. Kürdən aldığımız sudan həddən artıq itki baş verir. 

Layihədən SOCAR-da  istifadə edilir. Davamlı xidmət göstərilərək həmin su texniki su kimi istifadə edilə bilir. Digər ölkələr alternativləri olmadığı üçün bu layihədən istifadə edirlər. Avstraliyada dərc olunan məqalədə deyilirdi ki, ölkənin böyük hissəsi bu su ilə təmin olunsa da, istifadə etməyi məsləhət görmürlər".


Qeyd edək ki, Xəzərin suyunun duzsuzlaşdırılmasına 400 milyonluq sərmayə yatırmaq planlaşdırılır.



Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top