Hər il valideynləri narahat edən əsas məsələ məktəbli geyimləridir. Çünki bu geyimlər dəyişilir və yenilənir. Ölkəmizdə məktəbli formalarının əsas istehsalçısı olan Bakı Tikiş Evi satış şöbəsinin müdiri Etibar Əzimov yerli meidaya açıqlama verib. Onun sözlərinə görə, şagirdlər üçün rahat və standartlara uyğun geyimlər hazırlanır.
Demokrat.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib ki, dövlət ümumi təhsil məktəblərində şagirdlərin geyim forması Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli, 96 nömrəli qərarına əsasən tənzimlənir:
“Həmin qərarda göstərilir ki, hər məktəbin pedoqoji şurası təqdim olunmuş dörd eskizdən birini seçir və həmin forma seçildiyi andan etibarən 3 il müddətinə qüvvədə qalır. Yəni, bu forma 3 il ərzində dəyişdirilə bilməz. Məktəb hansı rəng və modeli seçibsə, həmin seçim 3 tədris ili qüvvədə qalmalıdır. Formanın tikilməsi və istehsalı ilə bağlı Bakı Tikiş Evinin nümayəndələri də bildirirlər ki, hər il yeni geyim nümunələri hazırlanır, lakin bu, mövcud məktəb formasının hər il dəyişdirilməsi anlamına gəlmir. 2023–2024-cü tədris ilindən etibarən bəzi məktəblər yeni forma modelinə keçid ediblər və bu səbəbdən həmin məktəblərdə 3 illik qüvvə müddəti 2026–2027-ci tədris ilində başa çatacaq. Beləliklə, yalnız həmin tarixdən sonra yeni forma dəyişikliyi qanuni şəkildə həyata keçirilə bilər. Əgər hər hansı məktəb 3 illik müddət tamam olmadan geyim formasını dəyişirsə, bu, Nazirlər Kabinetinin 96 saylı qərarına zidd hesab olunur. Bu qaydalar şagirdlərə vahid forma tərtibatı yaratmaq və məktəblərdə nizam-intizamı təmin etmək məqsədi daşıyır”.
Leyla Turan
Demokrat.az