Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 20-də keçirilən ümumi ( 9 illik) orta təhsil səviyyəsi üzrə, buraxilış imtahanında ümumilkdə 17 şagirdin 300 bal topladığını bəyan edib.
Həmin şagirdlərdən biri də Bakı şəhərindəki 147 nömrəli Texniki-humanitar liseydir.
Modern.az xəbər verir ki, adıçəkilən liseydən rekordçu şagirdin çox hazırlıqlı olduğu bildirilib.
Qeyd edilib ki, 9b sinif şagirdi Soltanova İlahə Ramiz qızı 20 aprel 2025-ci il tarixində keçirilmiş buraxilış imtahanında maksimum bal (300 bal) toplamaqla bütün kollektivi sevindirib.
“Biz hamımız ondan bu nəticəni gözləyirdik. Hətta imtahanın səhəri sinif rəhbəri Tərlan Babayev İlahənin 300 bal toplaması haqqında xəbəri bizə çatdırmışdı. İlahə dərs əlaçısıdı. Dəqiq bilirik ki, o bütün fənnlərdən imtahan keçirilsə, hamısından 100 bal toplamaq gücünə malikdir. O, öz davranışı, tərbiyəsi, sinif yoldaşlarına, müəllimlərinə olan münasibəti ilə də, həmişə seçilib, fərqlənib. Təmiz, saf simalı əsl azərbaycanlı qızımız İlahənin Vətənimiz üçün çox lazımlı bir kadr olacağına əminik".