Moskvanın hava limanları bağlandı

DÜNYA 25 may 2025, 18:46
Moskva vilayətindəki Domodedovo, Vnukovo və Jukovski hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "Rosaviasiya" məlumat yayıb.

"Vnukovo, Domodedovo və Jukovski hava limanlarında təyyarələrin enişi və uçuşu ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - idarənin açıqlamasında bildirilir.

Qeyd olunur ki, təyyarələrin ekipajları, aviadispetçerlər, hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 may 2025, 19:36
Top