Zaqatalaya dolu yağıb

GÜNDƏM 25 may 2025, 19:36
Zaqatalaya dolu yağıb.

APA-nın Şimal-qərb bürosunun xəbərinə görə, axşam saat 17.00 radələrindən başlayaraq Zaqatala rayonu ərazisində qeyri-sabit hava şəraiti hökm sürür.

Qeyri-sabit hava şəraiti rayonun Gözbarax və Yeni Suvagil kəndlərində daha çox müşahidə olunub. Yeni Suvagil kəndinə 10 dəqiqə ərazində dolu düşüb, leysan yağıb.

Yerli sakinlərin verdiyi məlumata görə, dolu meyvə ağaclarına və bostan-tərəvəzə ziyanlıq verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top