Sibiqa "Suraxanı" gəmi-muzeyini ziyarət etdi — FOTO

GÜNDƏM 25 may 2025, 22:36
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və onun rəhbərlik etdiyi nümayəndə heyəti ASCO-nun “Suraxanı” gəmi-muzeyini ziyarət edib.

Demokrat.az xəbər verir ki, dünyanın ilk tanker-muzeyini ziyarət zamanı qonaqlara burada nümayiş etdirilən ekspozisiyalar, multimediya və audiovizual sistemlər təqdim olunub. Həmçinin ziyarətçilərə Azərbaycanın zəngin dənizçilik ənənələri, Xəzər hövzəsində fəaliyyət göstərən ən qədim gəmiçilik şirkəti olan ASCO-nun tarixi və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Nazir Sibiqanın səfəri münasibətilə gəmi-muzeydəki audiobələdçi sisteminə Ukrayna dili əlavə edilib və ekskursiya tam şəkildə həmin dildə keçirilib.

Ukraynanın xarici işlər naziri “Suraxanı” gəmi-muzeyinin "Fəxri qonaqlar" kitabında ürək sözlərini qeyd edərək, ekskursiyadan məmnun qaldığını və Azərbaycanın dənizçilik irsinin qorunması istiqamətində görülən işləri yüksək qiymətləndirdiyini bildirib.
 
 
 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top