Bəzi mütəxəssislər kişilərin qadınlara nisbətən daha az yaşamasının səbəblərindən birinin onların emosiyalarını, xüsusilə də kədər və ağrını ifadə etməməsi olduğunu bildirir.
Bu nə dərəcədə reallığa uyğundur?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan tanınmış psixoloq Samirə Bağırova bu məsələyə həm psixoloji, həm də fizioloji baxımdan elmi yanaşmanın vacibliyini vurğulayıb.
Psixoloqun sözlərinə görə, emosiyaların, xüsusən də mənfi duyğuların daxildə basdırılması insan sağlamlığına ciddi zərər verə bilər:
“Duyğularını ifadə etməyən insanlarda stress hormonlarının səviyyəsi artır, bu da immun sistemini zəiflədir və ürək-damar xəstəlikləri riskini yüksəldir. Nəticədə, bu hal insan ömrünü qısalda bilər”, - deyə o bildirib.
Psixoloq qeyd edir ki, ağlamaq və emosiyaları açıq şəkildə ifadə etmək insanı emosional cəhətdən yüngülləşdirir, stres səviyyəsini azaldır və psixi sağlamlığı gücləndirir:
“Ağlamaq bir növ yenilənməkdir. Ağlamayan insan zamanla daxili təzyiqlərdən gücsüz düşər və həm psixoloji, həm də fiziki sağlamlığında ciddi fəsadlar yarana bilər”, – deyə psixoloq tövsiyələr edib.
Kişilərin emosiyalarını bastırmasının əsas səbəblərindən biri sosial və mədəni stereotiplərlə bağlıdır. Onlara uşaqlıqdan “güclü ol”, “ağlama”, “emosiyalarını göstərmə” kimi mesajlar verilir. Bu isə onların duyğularını ifadə etməsini zəiflik kimi qəbul etməsinə səbəb olur.
Samirə Bağırova əlavə edir ki, cəmiyyətin kişidən ailənin təminatçısı və qoruyucusu kimi gözləntiləri onların emosional ehtiyaclarını arxa plana keçirir:
“Kişilər bəzən ağlasalar, digərlərinin onlara fərqli yanaşacağından və zəif görünəcəklərindən çəkinirlər. Hətta bir çox qadınlar da kişilərin ağlamasını zəiflik kimi dəyərləndirir. Halbuki kişi də insandır”, - deyə o qeyd edib.
Müasir psixologiya isə bu stereotiplərin dəyişməsinə çalışır. Artıq daha çox mütəxəssis və ictimai platformalar kişilərin də emosiyalarını ifadə etməsinin tamamilə normal və sağlam bir hal olduğunu vurğulayır.