FHN-dən yaşayış binasındakı yanğınla bağlı AÇIQLAMA

GÜNDƏM 25 may 2025, 20:59
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, F.Yusifov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

FHN-in mətbuat xidmətindən Demokrat.az-a bildirilib ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
 
Yanğın nəticəsində ümumilikdə 8 mənzilin yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 98 kvadratmetr olan mənzilin eyvanı 15 kvadratmetr sahədə, ikinci mərtəbəsində ümumi sahəsi 40 kvadratmetr olan mənzilin artırması 30 kvadratmetr sahədə və 5 ədəd şam ağacı yanıb.

Binanın böyük hissəsi və ətrafdakı digər ağaclar yanğından mühafizə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top