Rusiyada güclü zəlzələ baş verib

DÜNYA 25 may 2025, 11:06
Rusiyanın Altay Respublikasının Koş-Ağaç rayonunda 5.4 maqnitudalı zəlzələ baş verib.

Demokrat.az-ın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.

Qeyd olunur ki, zəlzələnin episentri Qızıl-Taş kəndindən 12 km cənub-şərqdə yerləşib.

Yeraltı təkanlar respublikanın 10 yaşayış məntəqəsində də hiss olunub.

İlkin məlumata görə, ölən və xəsarət alan yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top