Dilarə Əliyeva nəvəsi ilə… — FOTOLAR

ŞOU-BİZNES 25 may 2025, 15:34
Əməkdar artist Dilarə Əliyeva nəvəsi ilə paylaşım edib.

Demokrat.az OLAY-a istinadən xəbər ki, aktrisa qızının övladı Aygüllə şəillərini izləyiciləriylə bölüşüb.

O, paylaşıma nəvəsinin adına olan şeir yazıb:

“Aygül...

Adı kimi ay işığına bürünüb gəlmiş, Gecəmin sakitliyi, gündüzümün gülüşü... Balaca əlləri ilə həyatın ən saf nəğməsini yazır, Hər addımı sanki dua kimi yerə dəyir.

O danışanda küləklər belə susur, Çünki bu uşaqda səmaların sirri var. Gözlərindəki parıltı - min illik ulduzlardan miras, Qəlbi - çiçəklər kimi incə, büllur kimi şəffaf.

Aygül böyüyür, amma mənim üçün o həmişə ilk dəfə Dilarə səslənişi ilə yadımda qalacaq, Bir gülüşüylə baharı gətirən, Bir baxışıyla bütün dərdləri unutduran.

Ey Tanrım, onu qoru - Bu dünyanın səs-küyündən, Hissiz insanların daş baxışlarından... Çünki Aygül - yalnız bir uşaq deyil, O, bir nurdur...

Qəlbimdə əbədi açan təkcə bir gül”.





DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 may 2025, 19:36
Top