"ABŞ-nin susqunluğu Putini həvəsləndirir"

DÜNYA 25 may 2025, 13:46
"ABŞ-nin susqunluğu, digər ölkələrin susqunluğu Rusiya Prezidenti Vladimir Putini ancaq həvəsləndirir".

Demokrat.az xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski "Telegram" kanalında Rusiyanın ölkə ərazisinə kütləvi dron və raket hücumlarını şərh edərkən yazıb.

"Dünyada həftəsonu ola bilər, amma müharibə davam edir. Buna etinasız yanaşmaq olmaz. Rusiya rəhbərliyinə qarşı həqiqətən də güclü təzyiq olmadan bu qəddarlığı dayandırmaq mümkün deyil" , - deyə o bildirib.

Zelenski hesab edir ki, bu məsələdə daha çox sanksiyanın tətbiq edilməsi kömək edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top