Kann Festivalının bağlanış mərasimində OLAY: Bölgə işıqsız qaldı

DÜNYA 24 may 2025, 19:47
Fransanın cənubunda Kann Film Festivalının bağlanış mərasimi ərəfəsində elektrik enerjisi kəsilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Deadline” məlumat yayıb.
 
Məlumata görə, Kann Film Festivalının finalına bir neçə saat qalmış şəhərdə elektrik enerjisi kəsilib. Mağazalarda, restoranlarda, kinoteatrlarda işıqlar sönüb, ödəniş yalnız nağd şəkildə qəbul edilib. Həmçinin işıqforların işləməsi səbəbindən yollarda uzun tıxaclar yaranıb.
Qeyd edilib ki, nasazlığa bir neçə qəza səbəb olub: əvvəlcə yarımstansiyada baş verən yanğın, sonra Kann yaxınlığında elektrik ötürücü xəttinin dayağının dağılması.

Festival təşkilatçıları bağlanış mərasimində generatorlardan istifadə ediləcəyini açıqlayıblar. Lakin onların nə qədər elektrik enerjisi ilə təmin edə biləcəkləri bəlli deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top